Türkiye Qəzza zolağına daha 7 ton humanitar yardım göndərdi

7 ton humanitar yardım daşıyan Türkiye Qızıl Aypara Cəmiyyətinin gəmisi Misirin Əl Ariş limanına çatıb.

2113440
Türkiye Qəzza zolağına daha 7 ton humanitar yardım göndərdi

7 ton humanitar yardım daşıyan Türkiye Qızıl Aypara Cəmiyyətinin gəmisi Misirin Əl Ariş limanına çatıb.

Bu barədə Cəmiyyətin açıqlamasında bildirilib.

Məlumata əsasən, gəmi, oktyabrın əvvəlindən Qəzzanın müharibədən zərər çəkən xalqına yardım etmək üçün göndərilən yeddinci gəmidir. "Xeyirxahlıq" adlı gəmi qurumun bu bölgəyə göndərdiyi gəmilərin ən böyüyüdür.

Türkiye Qızıl Aypara təşkilatının mütəxəssislərinin rəhbərlik etdiyi yük maşınları Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya daxil olacaq.

Gəminin göyərtəsində 2737 ton humanitar yardım, o cümlədən ərzaq bağlamaları, su, un, geyim, gigiyena vasitələri, yaşayış materialları, dərmanlar və uşaq ləvazimatları var.

Qeyd edək ki, Türkiye Qızıl Aypara Cəmiyyəti Misir və Fələstin Qızıl Aypara Cəmiyyətləri ilə sıx əməkdaşlıq edir.



Әlaqәli Xәbәrlәr