“TRT və Anadolu Agentliyi qəzzalıların səsi olmağa davam edir”, F.Altun

İsrailin Qəzza hücumları ilə bağlı dezinformasiya fəaliyyətinə F.Altun belə reaksiya verib ...

2113888
“TRT və Anadolu Agentliyi qəzzalıların səsi olmağa davam edir”, F.Altun

 

   Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun bildirib ki, Türkiyə Radio və Televiziya Qurumu - TRT İsrailin dezinformasiya fəaliyyətinə qarşı Qəzzadakı faktları üzə çıxarmaq üçün çox əmək sərf edir.

  İsrailin Qəzza hücumları ilə bağlı dezinformasiya fəaliyyətinə F.Altun belə reaksiya verib: “İsrailin qırğınlarını, müharibə cinayətlərini və soyqırımını hər fürsətdə beynəlxalq ictimaiyyətin gündəminə gətirəcək və İsrailin geniş cinayət dosyesini açıqlamaqdan çəkinməyəcəyik.

  Qərb mediasına təzyiqlər edən İsrailin yaydığı yalan məlumat və xəbərləri ifşa etdik və edirik. Yayımladığımız “Fələstin xüsusi bülletenləri” vasitəsilə İsrailin 200-ə yaxın ciddi dezinformasiya cəhdini üzə çıxardıq, həqiqəti beynəlxalq ictimaiyyətlə paylaşdıq.

  İsrailin aşkar etdiyimiz bütün yalanları "İsrail" jurnalında dərc olunub. Bunlar məhkəmə prosesində istinad rolunu oynadı. Eyni zamanda, İsrailin təsiri altında olan və onun yalanlarını yaymaq missiyasını daşıyan bir çox beynəlxalq media orqanları da öz mövqelərini nəzərdən keçirməli oldular".

  Qəzzalıların səsi olmaq üçün mübarizə aparan Anadolu Agentliyi (AA) və TRT faktları yerində üzə çıxarmaq və dünya ictimaiyyətinə təqdim etmək üçün çox əmək sərf edir.

  Biz həqiqəti həyatın mərkəzinə qoyan insanlar, həqiqət ideyasının bayraqdarlarıyıq."

 

 



Әlaqәli Xәbәrlәr