"İraqla olan sərhəddəki terroru daimi olaraq həll edəcəyik", Y.Gülər

Milli müdafiə naziri Yaşar Gülər ​​bu yay İraq sərhədindəki terroru daimi olaraq həll edəcəklərini bildirib.

2113750
"İraqla olan sərhəddəki terroru daimi olaraq həll edəcəyik", Y.Gülər

Milli müdafiə naziri Yaşar Gülər ​​bu yay İraq sərhədindəki terroru daimi olaraq həll edəcəklərini bildirib.

Yaşar Gülər ​​paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırıb.

Y.Gülər ​​İraq və Suriya sərhədində 30-40 kilometr dərinlikdə təhlükəsizlik dəhlizi yaratmaqda tam qərarlı olduğunu bildirib.

Milli müdafiə naziri "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-ya aid hər cür silah və xilasetmə materialları ilə təchiz edilmiş mağaraların bir-bir məhv edildiyini bildirib.

Y.Gülər ​​Qəndildə mümkün hərbi əməliyyata da toxunaraq deyib:

"Qəndilin bəzi yerlərində terrorçuların olduğunu bilirik. Yer adlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Terrorçular harada yuva salırsa, Mehmetcik lazım olanı edəcək". 

Nazir Gülər ​​rəsmi Bağdad ilə son vaxtlar yüksək səviyyəli təmaslara da toxunub.

Nazir İraqda yaradılacaq 'birgə əməliyyat mərkəzi'nin yenidən gündəmdə olduğunu açıqlayıb.

Milli Müdafiə Nazirliyində də təhlükəsizlik toplantısı keçirilib.

Milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın Milli Müdafiə Nazirliyində görüşüb.



Әlaqәli Xәbәrlәr