Türkiyə və ABŞ birgə bəyanat yaydı

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə 7-8 mart tarixlərində ABŞ-da keçirilən Strateji Mexanizm Görüşü ilə bağlı birgə bəyanat verilib

2113205
Türkiyə və ABŞ birgə bəyanat yaydı

 

  Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə 7-8 mart tarixlərində ABŞ-da keçirilən Strateji Mexanizm Görüşü ilə bağlı birgə bəyanat verilib.

  Bəyanatda deyilir: "Hakan Fidan və Entoni Blinken ümumi məqsədlərin irəliləməsinə və ortaya çıxan qlobal çağırışların həllinə imkan verən nəticəyönümlü, gələcəyə hesablanmış, ikitərəfli müsbət gündəmə sadiqliklərini təkrarladılar.

  İki nazir Türkiyə-ABŞ münasibətlərini regional prioritetlər, terrorizmlə mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım, ticarət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və insanlar arasında əlaqələr də daxil olmaqla bir sıra sahələrin gücləndirilməsinə toxundu.

  Nazirlər terrorun bütün növləri və təzahürləri ilə mübarizə aparılmalı olduğunu bir daha vurğuladılar.

  Türkiyə və ABŞ Strateji Mexanizmi çərçivəsində milli təhlükəsizliklərə təhdid yaradan terrora qarşı əməkdaşlığı artırmaq, mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə məşğul olan şəbəkələrə qarşı mübarizə aparmaq üçün Türkiyə-ABŞ Terrorla Mübarizə Məsləhətləşmə görüşlərini davam etdirəcəklər.

  Entoni Blinken ABŞ-ın Türkiyə və Türkiyənin maraqlarını hədəf alan terror təşkilatları PKK, DHKP-C və DEAŞ-ı qınadı.

  Türkiyə və ABŞ Suriya və İraqda DEAŞ-ı birdəfəlik məğlub etmək üçün ortaq qərarlı olduqlarını təkrarladılar, Afrika və Orta Asiyada İŞİD və Əl-Qaidə ilə əlaqəli təşkilatların yaratdığı təhlükələrə qarşı əməkdaşlığı müzakirə etdilər”.

  Hakan Fidan və Entoni Blinken Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Türkiyə və ABŞ-ın dəstəyini bir daha vurğuladıalr.

  Nazirlər Qəzzada davam edən böhranı müzakirə edib diplomatik fəaliyyətləri qiymətləndirdilər. Tərəflər münaqişəyə son qoymaq və humanitar böhranı dərhal aradan qaldırmaq üçün bir yol tapmağın vacibliyini vurğuladılar, həmçinin iki dövlətli daimi həll fikrini qəbul etdiklərini bildirdilər.

  H.Fidan və E.Blinken Suriya böhranının bütün aspektlərini müzakirə etdilər.

  Türkiyə və ABŞ BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində Suriyaya məxsus siyasi prosesə sadiq olduqlarını bir daha bildirdilər.

  ABŞ və Türkiyə Suriyanın şimal-şərqində İŞİD-lə əlaqəli məhbusların və köçkünlərin öz ölkələrinə qaytarılmasının vacibliyini diqqətə çatdırdılar.

  Hakan Fidan və Entoni Blinken Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə etdilər, sabitlik və kommunikasiya kanallarının qorunmasının vacibliyini vurguladılar.

  Blinken Türkiyə ilə Yunanıstan arasında davam edən görüşləri, o cümlədən 2023-cü ilin dekabrında Afinada keçirilən V Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını və Türkiyə-Yunanıstan Dostluq Münasibətləri və Yaxşı Qonşuluq Bəyannaməsinin imzalanmasını alqışladı.

  Türkiyə və ABŞ nazirləri Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləməyə sadiq olduqlarını bildirib, belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və rifaha təşviq edəcəyinə dair razılığa gəliblər”.



Әlaqәli Xәbәrlәr