“Bayraktar TB2” alan ölkələr sırasına biri də əlavə olundu

Maldiv adaları təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün komanda idarəetmə məntəqəsi və 6 “Bayraktar TB2”dən ibarət sistem quracaq

2113356
“Bayraktar TB2” alan ölkələr sırasına biri də əlavə olundu

 

  “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının ixrac olunduğu ölkələr sırasına Maldiv adaları da əlavə edildi.

  Maldiv adaları təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün komanda idarəetmə məntəqəsi və 6 “Bayraktar TB2”dən ibarət sistem quracaq.

  Müqavilə çərçivəsində nəqliyyat vasitələrinin təhvil verilməsinə başlanılıb.

  Xatırladaq ki, Maldiv prezidenti Məhəmməd Muizzu 2023-cü ilin noyabrında Türkiyəyə səfər etmiş, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüş  və Türkiyənin bir sıra müdafiə sənayesi şirkətlərinə baş çəkmişdi.



Әlaqәli Xәbәrlәr