Hakan Fidan: ‘‘Beynәlxalq ictimaiyyәt hәrәkәtә keçmәlidir’’

Strateji mexanizm toplantısı çərçivəsində amerikalı həmkarı Entoni Blinkenlə görüşən Türkiyenin xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyətin ağır olduğunu və günahsız insanların ağrı-acılarını azaltmaq üçün təcili tədbirlər görülməli olduğunu vurğ

2113007
Hakan Fidan: ‘‘Beynәlxalq ictimaiyyәt hәrәkәtә keçmәlidir’’

Strateji mexanizm toplantısı çərçivəsində amerikalı həmkarı Entoni Blinkenlə görüşən Türkiyenin xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyətin ağır olduğunu və günahsız insanların ağrı-acılarını azaltmaq üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb.

Xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən nümayəndə heyəti Vaşinqtonda strateji mexanizm toplantısı çərçivəsində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken ilə görüşüb.

Hakan Fidan 2021-ci ildə başlayan strateji görüşlərin yeddincisini keçirdiklərini və bu çərçivədə iki ölkə arasında təhlükəsizlik, regional əməkdaşlıq, regional məsələlər, ticarət və enerji kimi geniş mövzularda danışıqlar aparacaqlarını bildirib.

İsrailin Qəzzada törətdiyi qətliamlar başda olmaqla bir çox mühüm regional inkişafın eyni vaxtda baş verdiyini qeyd edən Hakan Fidan deyib: "Qəzzada yaranmış vəziyyətlə bağlı təcili tədbirlər görülməlidir. Beynəlxalq ictimaiyyət günahsız insanların ağrı-acılarını dayandıra bilmədi. Qəzzada insanların təcili humanitar yardıma ehtiyacı var”.

Nazir Hakan Fidan Qəzzada atəşkəs və bölgəyə fasiləsiz humanitar yardımın çatdırılması  üçün ABŞ və digər ölkələrlə ciddi şəkildə işləməyin vacibliyini vurğulayıb.

İclasda Ukrayna və Qara dəniz bölgəsinin təhlükəsizliyi kimi bir çox regional məsələlərin gündəmə gələcəyini bildirən Hakan Fidan İsveçin üzvlüyündən sonra NATO-nun mövcud vəziyyətinin də müzakirə olunacağını bildirdi.



Әlaqәli Xәbәrlәr