İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 26 fevral-3 mart tarixləri arasında gündə orta hesabla 1321 uçuşla Avropanın ən işlək hava limanı oldu.

2112294

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 26 fevral-3 mart tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1321 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1283 uçuşla London Hitrou ,1266 uçuşla Amsterdam Şiphol və 1169 uçuşla Parisin Şarl de Qol  hava limanları izləyib.

Әlaqәli Xәbәrlәr