Mahmud Abbas bu gün Türkiyeyə gəlir

Paytaxt Ankara sabah əhəmiyyətli bir toplantıya ev sahibliyi edəcək.

2110836
Mahmud Abbas bu gün Türkiyeyə gəlir

Paytaxt Ankara bu gün əhəmiyyətli bir toplantıya ev sahibliyi edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan Beştepedə Fələstin dövlət başçısı Mahmud Abbasla bir araya gələcək.

İclasın əsas gündəmi İsrailin Qəzzaya hücumları olacaq.

Ankaranın prioriteti İsrailin Qəzzada törətdiyi qırğınları yaxın zamanda dayandırmaqdır.

Ərdoğanın Mahmud Abbasla görüşündə atəşkəslə bağlı son vəziyyət və Türkiyenin qarant təklifi müzakirə olunacaq.

Bir daha vurğulanacaq ki, ədalətli və davamlı sülhün yeganə yolu 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin Dövlətinin yaradılması ilə mümkündür.

Görüş zamanı Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar da müzakirə olunacaq.

Ərdoğan Türkiyenin Fələstin məsələsinə dəstəyini bir daha həmkarına çatdıracaq.



Әlaqәli Xәbәrlәr