İbrahim Kalın ABŞ-a səfər edib

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Amerika Birləşmiş Ştatlarına səfər edib.

2110965
İbrahim Kalın ABŞ-a səfər edib

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Amerika Birləşmiş Ştatlarına səfər edib.
Məlumata əsasən, İbrahim Kalın paytaxt Vaşinqtonda  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börnsla görüşəcək.
İbrahim Kalın Ağ Ev, Konqres və ABŞ Dövlət Departamentində də görüşlər keçirəcək.
Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının gündəmində ikitərəfli əlaqələrlə yanaşı, PKK, FETÖ, DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizə də var.
İbrahim Kalın İraq və Suriya məsələləri ilə yanaşı Qəzzada müharibənin dayandırılması və atəşkəslə bağlı danışıqlar aparacaq. Görüşlərdə  həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibə və Qafqaz məsələsi də müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr