Hakan Fidan İƏT-nın iclasında iştirak edəcək

Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

2111052
Hakan Fidan İƏT-nın iclasında iştirak edəcək

Türkiyenin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak edəcək.
Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumatda bu ifadələrə yer verilib: ''Nazirimiz 2024-cü il martın 5-də İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçiriləcək fövqəladə iclasında iştirak edəcək”.
Hakan Fidan noyabrın 11-də Ər-Riyadda keçirilən Ərəb Liqası-İƏT Fövqəladə Zirvə Toplantısında qəbul edilən qərarların təqibi üçün keçiriləcək görüş çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.



Әlaqәli Xәbәrlәr