Milli Kəşfiyyat Təşkilatı daha bir terrorçunu zərərsizləşdirib

MİT İraqın şimalında separatçı terror təşkilatı PKK/KCK-nın dırnaqarası gənclik təşkilatlanmasının məsul şəxsi olduğu iddia edilən Gülsün Silgiri zərərsizləşdirib.

2110563
Milli Kəşfiyyat Təşkilatı daha bir terrorçunu zərərsizləşdirib

Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında separatçı terror təşkilatı PKK/KCK-nın dırnaqarası gənclik təşkilatlanmasının məsul şəxsi olduğu iddia edilən Gülsün Silgiri zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT terror təşkilatı PKK/KCK-nın sözdə gənclik təşkilatlanmasındakı Sara Hogir Riha kod adlı Gülsün Silgirin İraqın Süleymaniyyə çölündə yerləşən Pencevin rayonunda olduğunu müəyyən edib.

Terrorçu Silgi burada MİT-in əməliyyatı ilə zərərsizləşdirilib.

Separatçı terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanan Silgirin 2011-ci ildən etibarən aksiyalarda iştirak etdiyi və gəncləri aldadaraq təşkilata kadr cəlb etmək üçün fəaliyyətlər təşkil etdiyi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr