Hakan Fidan Antalyada Afrika ölkələrinin nümayəndələrilə görüşüb

Xarici işlər naziri Hakan Fidan 1-3 mart tarixlərində keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində Afrika xarici işlər nazirləri və regional təşkilatların rəhbərləri ilə görüşüb.

2110336
Hakan Fidan Antalyada Afrika ölkələrinin nümayəndələrilə görüşüb
Mali Abdoulaye Diop-Hakan Fidan.jpg

Xarici işlər naziri Hakan Fidan 1-3 mart tarixlərində keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində Afrika xarici işlər nazirləri və regional təşkilatların rəhbərləri ilə görüşüb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan nümayəndələrə müraciətində Türkiyenin Afrika ölkələri ilə sistemli və çoxtərəfli əməkdaşlıq modeli inkişaf etdirdiyini vurğulayaraq, əlaqələrin bərabər tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bildirib. 

Türkiyenin 44 Afrika ölkəsində səfirliyinin olduğunu vurğulayan H.Fidan qitə ilə ticarət həcminin 40 milyard dolları, Türkiyənin bölgəyə yatırdığı birbaşa investisiyaların məbləğinin isə 6 milyard dolları keçdiyini qeyd edib.

Afrikanın hələ də “neo-müstəmləkəçi” güclər arasında mübarizə bölgəsi olduğunu xatırladan nazir H.Fidan qitənin inkişaf, ərzaq və borc əldə etmək kimi problemlərlə, eləcə də üzləşdiyi təhlükəsizlik riskləri ilə mübarizədə Türkiyenin dəstəyinə diqqət çəkdi.

Afrikanın problemlərinin də yine qitə həll edilməsinin vacibliyinə diqqət çəkən H.Fidan üçüncü Türkiye-Afrika Nazirlər Görüş Konfransının keçiriləcəyini bildirib.

Qeyd edək ki, III Antalya Diplomatiya Forumunda Afrika qitəsindən 9 dövlət və hökumət başçısı ilə 25 xarici işlər naziri iştirak edib.



Әlaqәli Xәbәrlәr