Rəcəb Tayyib Ərdoğan Antalyada həmkarları ilə ikitərəfli görüşlər keçirir

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra görüşlər keçirir.

2109917
Rəcəb Tayyib Ərdoğan Antalyada həmkarları ilə ikitərəfli görüşlər keçirir
viktor orban-erdogan antalya.jpg
barzani-erdogan.jpg
cibuti ismail omer gulle-erdogan.jpg
sirp milorad dodik-erdogan.jpg
viktor orban-erdogan antalya.jpg
barzani-erdogan.jpg
cibuti ismail omer gulle-erdogan.jpg
sirp milorad dodik-erdogan.jpg

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra görüşlər keçirir.
Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu ilə əlaqədar Türkiyedə səfərdə olan Cibuti prezidenti İsmayıl Ömər Quelleh, Bosniya və Herseqovina Serb Bölgəsinin sədri Milorad Dodik və Esvatini Kralı III. Msvati ilə görüşlər keçirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Antalyada Macarıstanın baş naziri Viktor Orbanı da qəbul edib.
Görüşdə Türkiye-Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına qarşı hücumları, Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət, Türkiye-Avropa İttifaqı münasibətləri və NATO-nun genişlənmə prosesi müzakirə edilib.
Ərdoğan Türkiye ilə Macarıstan arasında iqtisadiyyatdan müdafiə sənayesinə, enerjidən nəqliyyata qədər bir çox sahədə yaxşı əlaqələrin artmağa davam edəcəyini bildirib.
Prezident Ərdoğan İsrailin beynəlxalq hüququ və insan haqlarını heçə sayaraq həyata keçirdiyi soyqırım cəhdinin qarşısının alınmasının bütün ölkələrin məsuliyyəti olduğunu qeyd edib.
Ərdoğan Türkiyenin bütün münaqişə sahələrində sülhün tərəfdarı olduğunu və bunun üçün güclü addımlar atılmağa davam edəcəyini açıqlayıb.
Prezident Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin başçısı Neçirvan Bərzanini də qəbul edib.
Türkiye Prezidenti forumun ilk günündə Türkmənistanın milli lideri Qurbanquli Berdiməhəmmədov və bolqarıstanlı həmkarı Rumen Radev ilə görüşüb.
Prezident Ərdoğanın liderlərlə ikitərəfli görüşlərində ölkələr arasında əlaqələr, regional məsələlər və Qəzzadakı vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının üzvləri Denis Becirovic və Zeljka Cvijanovic ilə də görüşüb.

Ərdoğanın Madaqaskar prezidenti Andri Rajoelina ilə görüşündə Türkiye ilə Madaqaskar arasındakı əlaqələr, regional və qlobal məsələlər qiymətləndirilib.
Görüş zamanı həmçinin “Türkiye Respublikası ilə Madaqaskar Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi” imzalanıb.

Ərdoğan Somali prezidenti Həsən Şeyx Mahmudla da görüşüb.



Әlaqәli Xәbәrlәr