Öncü Keçeli İsrail XİN rəhbərinin paylaşımına münasibət bildirib

Türkiye Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli sosial media hesabında İsrail xarici işlər nazirinin paylaşımına münasibət bildirib.

2109889

Sözçü Öncü Keçeli açıqlamasında bu ifadələrə yer verib: “Biz Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işini yaxından izləyirik. İnanırıq ki, İsrail hökumətinin bütün üzvləri gec-tez Qəzzada törətdikləri cinayətlərə görə cavab verəcəklər. İsrail hökuməti  ayrı-seçkilik etmədən qəzzalıların sistemli və şüurlu şəkildə qətliamına son qoymalıdır”.

Әlaqәli Xәbәrlәr