Samih Şükri Türkiye ilə Misir arasındakı əlaqələrə münasibət bildirib

Misirin xarici işlər naziri Samih Şükri III Antalya Diplomatik Forumunda (ADF) Anadolu Agentliyinin suallarını cavablandırıb.

2109791
Samih Şükri Türkiye ilə Misir arasındakı əlaqələrə münasibət bildirib

Misirin xarici işlər naziri Samih Şükri bildirib ki, Türkiye və Misir xalqları arasındakı mövcud olan tarixi bağ siyasi, iqtisadi və mədəni sahələrdə yüksək səviyyəli əməkdaşlığın zəruriliyinə haqq qazandırdı.

S.Şükri III Antalya Diplomatik Forumunda (ADF) Anadolu Agentliyinin suallarını cavablandırıb.

Nazir Şükri son dövrdə Misir və Türkiye arasında yaxşı münasibətlərin və əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, prezident Rəcəb Tayyib Ərdoğanın Misirə səfərinin və Misir prezidenti Əbdülfəttah Es-Sisi ilə görüşünün hər iki ölkə üçün yeni bir dövrün başlanğıcı olduğunu bildirib. 

Şükri vurğulayıb ki, iki ölkənin xalqlarının rifahı naminə məhsuldar ikitərəfli əlaqələr qurmaq iradəsinin son nümayişi Misir və Türkiye münasibətləri baxımından yeni dövrün başlanğıcıdır:

“Türkiye və Misir xalqları arasındakı mövcud olan tarixi bağ siyasi, iqtisadi və mədəni sahələrdə yüksək səviyyəli əməkdaşlığın zəruriliyinə haqq qazandırdı".

Prezident Ərdoğanın səfərinin bu cür əməkdaşlıq və koordinasiya üçün mühüm fürsət olduğunu bildirən Şükri hər iki prezidentin öz nazirlərinə ortaq maraqlar çərçivəsində regionun sabitliyi və təhlükəsizliyi üçün daha səmərəli çalışmaları tapşırdığını xatırladıb.

Türkiye və Misirin daha məhsuldar əlaqələrin başlaması ilə birlikdə bölgədəki çətinliklərin öhdəsindən gələ biləcəklərinə ümid etdiyini ifadə edən Şükri "Ümid edirik ki, əməkdaşlıq sahələri tapacağıq və maraqlarımızla bağlı qura biləcəyimiz məhsuldar dialoqumuzla daha yaxşı şərtlər yaratmaq üçün imkan olacaq".



Әlaqәli Xәbәrlәr