"Türkiye Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciət ünvanlayıb.

2108833
"Türkiye Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir", R.T.Ərdoğan

"Türkiye Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır".

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə ünvanladığı videomüraciətində deyib.
Dövlət başçısı Türkiyenin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir: “Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna prezidenti Volodimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik”.

“Biz həmçinin Türkiye Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır. Bu münasibətlə Cənub-Şərqi Avropa ölkələrinin əməkdaşlıq prosesi ilə ortaq coğrafiyamız olan Balkanlarda canlanan həmrəylik ruhunun yaxın coğrafiyamıza da yayılacağını ümid edirəm", -deyə dövlət başçısı Ərdoğan qeyd edib.

Ərdoğan sammitin təşkilində əməyi olanları, xüsusilə də sammitə ev sahibliyi edən Albaniyanın Baş naziri Edi Ramanı ürəkdən təbrik edib.



Әlaqәli Xәbәrlәr