"Milli birliyə hücumları aradan qaldırdıq, bunu terrorla mübarizədə göstərdik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin yeni əsrinin gələcəyə baxışı ətrafında birləşərək yollarına davam edəcəklərini bildirib.

2108719

Ərdoğan bildirib ki, Türkiye hansı çətinliklərlə üzləşsə də, demokratiya və inkişaf yolundan dönmədən ölkəni hədəflərinə doğru aparmağı bacarıb.

Milli birliyə hücumları aradan qaldırdıqlarını vurğulayan Ərdoğan bunu terrorla mübarizədə göstərdiklərini qeyd edib.

Fevralın 6-da baş verən zəlzələlərin iqtisadiyyata 104 milyard dollar ziyan vurduğunu və iqtisadi tarazlığı bərpa etmək üçün güclü bir proqram həyata keçirdiklərini bildirən Ərdoğan bu ilin sonundan etibarən proqramın müsbət nəticələrini görməyə başlayacaqlarını bildirib.

Ərdoğan arzuladıqları səviyyəyə çatmaq üçün dövlət və millət olaraq daha çox çalışacaqlarını vurğulayıb.

Türkiyenin son 21 ilinin əvvəlki dövrlərdən çox yaxşı keçdiyini deyən prezident sabahın bu gündən daha yaxşı olacağını bildirib.

Әlaqәli Xәbәrlәr