Türkiyenin nümayəndə heyəti təqdimatla Beynəlxalq Ədalət Məhkəməsində çıxış edib

İsrail Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunur.

2107501
Türkiyenin nümayəndə heyəti təqdimatla Beynəlxalq Ədalət Məhkəməsində  çıxış edib

İsrail Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunur.

İsrailin Fələstini işğalının hüquqi nəticələri ilə bağlı keçirilən dinləmədə Türkiye adından xarici işlər nazirinin müavini Əhməd Yıldızın başçılıq etdiyi nümayəndə heyəti təqdimatla çıxış edib.

Ə.Yıldız İsrailin işğal etdiyi Fələstin torpaqlarında hərəkətlərinin bütün Fələstində mənfi nəticələrə səbəb olduğunu vurğulayaraq deyib:

“Fələstinlilər öz torpaqları üzərində hüquqlarından məhrumdurlar. Onlar ədalət, bərabərlik, insan ləyaqəti və çoxdan layiq olduqları müstəqilliyi istəyirlər.

Türkiye İsrailin Fələstin xalqına qarşı hücumlarına biganə qala bilməz.

Ə.Yıldız İsrail-Fələstin münaqişəsinin 7 oktyabr 2023-cü ildə başlamadığını bildirərək deyib ki, bu münaqişə hər hansı Fələstin fraksiyası və ya qruplaşması ilə bağlı deyil. Bu münaqişə əvvəlki əsrə gedib çıxır. Amma sülhə əsl maneə çox açıqdır. İsrailin Şərqi Qüds də daxil olmaqla Fələstin torpaqlarını işğalının daha da dərinləşməsi, iki dövlətli həllin həyata keçirilməməsi və İsrail-Fələstinin yan-yana yaşaması həllinin həyata keçirilməməsidir.

İsrailin son hərəkətləri Şərqi Qüds də daxil olmaqla İsrailin işğal etdiyi Fələstin torpaqlarının statusunu dəyişdirmək məqsədi daşıyır.

Bu, qəbuledilməzdir və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ziddir. İnsan haqlarını və beynəlxalq hüququ pozan bütün hərəkətlərə görə İsrail məsuliyyət daşımalıdır.
Xarici işlər nazirinin müavini Əhməd Yıldız onu da deyib ki, Türkiye İsrail və Fələstin arasında daimi sülhün bərqərar olması üçün hər şeyi etməyə hazırdır. Hər şeydən əvvəl Qəzzada atəşkəs və humanitar yardımın yolu açılmalıdır.



Әlaqәli Xәbәrlәr