“Bayraktar AKINCI C” ilk uçuş sınağını uğurla tamamladı

“Bayraktar AKINCI C” 1700 at gücü ilə öz sinfinin ən təsirli və bacarıqlı döyüş platforması olacaq

2107037
“Bayraktar AKINCI C” ilk uçuş sınağını uğurla tamamladı

 

  “Baykar” tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən hücum xarakterli pilotsuz uçuş aparatı “Bayraktar AKINCI C” ilk uçuş sınağını uğurla tamamladı.

  Beləliklə, “Bayraktar AKINCI TİHA”nın 2X850 at gücünə malik üçüncü variantı səmada süzdü.

  Sınaq Tekirdağın Çorlu qəsəbəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.

  “Bayraktar AKINCI C” 1 saatdan çox havada qalıb.

  Uçuş zamanı aerodinamik parametr addımları uğurla sınaqdan keçirilib.

  “Bayraktar AKINCI C” 1700 at gücü ilə öz sinfinin ən təsirli və bacarıqlı döyüş platforması olacaq.

  Türkiyənin ilk milli pilotsuz uçuş aparatlarını istehsal edən “Baykar” tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən “Bayraktar AKINCI TİHA” 40 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyə aviasiya tarixində daha bir mühüm mərhələni geridə qoydu.



Әlaqәli Xәbәrlәr