Bu gün İƏT-nin informasiya nazirlərinin fövqəlaqə görüşü keçiriləcək

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

2106825
Bu gün İƏT-nin informasiya nazirlərinin fövqəlaqə görüşü keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirlərinin fövqəladə iclası bu gün İstanbulda keçiriləcək.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Məlumata görə, iclasda İsrailin oktyabrın 7-dən bəri işğal etdiyi Fələstin torpaqlarında jurnalistlərə qarşı hücumları və dezinformasiya fəaliyyəti müzakirə olunacaq.
İƏT-ə üzv ölkələrin informasiya nazirləri və media qurumlarının rəhbərlərinin qatılacağı iclasda Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və  İƏT-in baş katibi Hüseyn İbrahim Taha açılış nitqi ilə çıxış edəcəklər.
İclasda İsrail rəhbərliyinin Qəzzada mülki şəxslərlə yanaşı 130 jurnalistin ölümünə səbəb olan hücumları, dünya ictimaiyyətini çaşdıran xəbərlər və dezinformasiya fəaliyyətləri ətraflı müzakirə olunacaq.
İclasda iştirak edən ölkələrin qəbul edəcəyi yekun bəyannamə iclasdan sonra yayımlanacaq.
Sözügedən iclas İslam Əməkdaşlıq Təşkilatının tarixində sektorlar əsasında keçirilən ilk növbədənkənar iclasdır.



Әlaqәli Xәbәrlәr