“BMT Təhlükəsizlik Şurası islahata getməlidir, əks halda...” H.Fidan

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G-20 Xarici İşlər Nazirləri Toplantısında “Qlobal idarəetmə islahatı” sessiyasında iştirakçılara xitabında H.Fidan deyib ...

2106356
“BMT Təhlükəsizlik Şurası islahata getməlidir, əks halda...” H.Fidan

 

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza başda olmaqla bir çox mövzuda hər hansı bir addım atmayan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün BMT sisteminin hörmətinə kölgə saldığını vurğulayıb.

  Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G-20 Xarici İşlər Nazirləri Toplantısında “Qlobal idarəetmə islahatı” sessiyasında iştirakçılara xitabında H.Fidan deyib: “Çoxqütblü yeni dünya düzənində geosiyasi gərginliyi aradan qaldırmaq üçün güclü çoxtərəfli institutlar və effektiv qlobal idarəetmə mexanizmləri lazımdır. Dəyişikliklər vacibdir. BMT Təhlükəsizlik Şurası islahata getməlidir.

  Qəzza başda olmaqla bir çox mövzuda addım atmayan BMT Təhlükəsizlik Şurası bütün BMT sisteminin hörmətinə kölgə salır. Daha demokratik, hesabatlı bir sistem lazımdır.

  Beynəlxalq maliyyə sistemi əhatəli, qaydalara əsaslanan və daha şəffaf olmalıdır.

  İnkişaf etmiş və etməkdə olan ölkələr arasındakı uçurumu aradan qaldırmaq üçün beynəlxalq maliyyə qurumları və çoxtərəfli inkişaf bankları inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə uyğun siyasətlər qəbul etməlidir. Əks halda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilməyəcək. G-20 bu kontekstdə mühüm rola malikdir”.

 



Әlaqәli Xәbәrlәr