Hakan Fidan Blinken ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinken ilə Qəzzada yaxın zamanda tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımları müzakirə edib.

2105708
Hakan Fidan Blinken ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinken ilə Qəzzada yaxın zamanda tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımları müzakirə edib.

Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etdiyi Braziliyanın Rio-de-Janeyro şəhərində amerikalı həmkarı Blinken ilə görüşüb.

Görüş zamanı Qəzza zolağında yaxın zamanda tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar müzakirə edilib.

Rusiya-Ukrayna müharibəsi, NATO-nun genişlənmə prosesi, Azərbaycan-Ermənistan sülh prosesi və digər regional hadisələrin müzakirə olunduğu görüşdə gələcəkdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin tarixləri barədə fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr