“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”, R.T.Ərdoğan

Paytaxt Ankarada hakim və prokurorların püşkatma mərasimində çıxış edən dövlət başçısı deyib ...

2104982
“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin təhlükəsizliyini, rifahını və əmin-amanlığını qanunvericilik, icra və məhkəmə orqanları ilə gücləndirmək üçün çalışmağa davam edəcəklərini bildirib.

  Paytaxt Ankarada hakim və prokurorların püşkatma mərasimində çıxış edən dövlət başçısı deyib: “Konstitusiyaya görə hər biri fərqli yurisdiksiyaya malik olan ali məhkəmə qurumları arasında ziddiyyət var. Bu münaqişə həll edilməlidir.

  Ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu tez-tez dilə gətirmişik.

  Konstitusiya dəyişikliyi tələb edən məsələlərdə parlamentdə geniş konsensusun yaradılması vacibdir.

  Yeni konstitusiya mümkün olmasa belə, məhkəmə sistemindəki problemləri həll edəcək konstitusiya dəyişikliyi olmalıdır.

  Cümhuriyyət tarixinin ən mühüm islahatlarını həyata keçirməyə müvəffəq olmuş bir hökumət olaraq bu məsələni də yoluna qoyacaıq. Ölkəmizin təhlükəsizliyini, rifahını və əmin-amanlığını qanunvericilik, icra və məhkəmə sistemi ilə gücləndirmək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr