Fəxrəddin Altun: '' İsrailin 200-ə yaxın dezinformasiyasını ifşa etdik''

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi oktyabrın 7-dən etibarən Qəzzada qətliamlarını davam etdirən İsrailin 200-ə yaxın dezinformasiyasını ifşa edib.

2104812

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Anadolu Agentliyinin (AA) paytaxt Ankarada “Qəzzada Soyqırım: Yeni Dəlilər” mövzusunda keçirdiyi panel iclasda çıxış edib.
Fəxrəddin Altun İsrailin oktyabrın 7-dən bəri Qəzzada açıq-aşkar bir soyqırım törətdiyini vurğuladı.
“İsrail törətdiyi qətliamları gizlətmək üçün böyük səylər göstərir”,-Fəxrəddin Altun deyib.
Fəxrəddin Altun idarə olaraq İsrailin dezinformasiyasını ifşa etdiklərini və yalanlarını bir-bir təsbit etdiklərini vurğulayıb.
"Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzimiz oktyabrın 7-dən bəri İsrailin  200-ə yaxın dezinformasiyasını ifşa edib'',-deyə Fəxrəddin Altun qeyd edib.
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrailin həqiqəti gizlətməyə və təhrif etməyə yönəlmiş fəaliyyətinin uğursuzluğa düçar olması üçün əllərindən gələni edəcəklərini bildirib.

Әlaqәli Xәbәrlәr