Ərdoğan azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşıladı

Mərasimdən sonra Ərdoğan və Əliyev təkbətək görüşəcək, heyətlər arası görüşə həmsədrlik edəcək və birgə mətbuat konfransı keçirəcəklər

2104394
Ərdoğan azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşıladı

 

  Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də ölkədə keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 19-da paytaxt Ankarada onu müşayiət edən nümayəndə heyətilə Heydər Əliyev abidəsini, sonra Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub.

  İlham Əliyev Anıtkabir Xatirə Kitabına bu sözləri yazıb: "Türk dünyasının böyük oğlu və dahi sərkərdə Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm. Ulu Öndər Mustafa Kamal Atatürk 100 il əvvəl ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə qızıl hərflərlə yazdırıb.  

  Qardaş Azərbaycanın prezidenti kimi mən Türkiyənin bugünkü inkişaf səviyyəsini, firavanlığını, qüdrətini və nüfuzunu görməkdən xüsusi qürur duyuram.

  Xalqımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birlik və həmrəyliyini qoruyub gələcək nəsillərə ötürmək, strateji müttəfiqliyimizi hər sahədə inkişaf etdirmək və möhkəmləndirmək iki ölkənin qarşısında duran ən ali vəzifədir.

  Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində də daim yaşayacaqdır. Ruhu şad olsun!"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarını Prezident İqamətgahında rəsmi mərasimlə qarşılayıb.

  Mərasimdən sonra Ərdoğan və Əliyev təkbətək görüşəcək, heyətlər arası görüşə həmsədrlik edəcək və birgə mətbuat konfransı keçirəcəklər.



Әlaqәli Xәbәrlәr