"Pəncə-Kilid" əməliyyatı zamanı bir Türkiyə əsgəri şəhid oldu

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə ...

2103745
"Pəncə-Kilid" əməliyyatı zamanı bir Türkiyə əsgəri şəhid oldu

 

  İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri ilə qarşıdurmada ilkin təsbitlərə görə, 6 terrorçu zərərsizləşdirilib, 1 əsgər şəhid olub.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsində bir bazaya soxulmağa cəhd göstərdiyi, baş verən qarşıdurmada bir Türkiyə əsgərinin şəhid olduğu bildirilib.

  Qarşıdurmada yaralanan əsgər təcili xəstəxanaya aparılıb və müalicəsinə başlanılıb.

  Bölgədə əməliyyatlar davam edir".



Әlaqәli Xәbәrlәr