R.T.Ərdoğan: ''Ramazan ayında Qəzzaya daha çox yardım etmək qardaşlıq borcumuzdur”

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Ramazan ayında Qəzzaya daha çox yardım etmək qardaşlıq borcumuzdur”.

2103531
R.T.Ərdoğan: ''Ramazan ayında Qəzzaya daha çox yardım etmək qardaşlıq borcumuzdur”

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Ramazan ayında Qəzzaya yardım etmək qardaşlıq borcumuzdur”.
Rəcəb Tayyib Ərdoğan partiyasının Giresundakı mitinqində çıxış edib.

Rəcəb Tayyib Ərdoğan deyib:''Qəzzada axan qanı dayandırmaq və İsrailin qətliamının qarşısını almaq istəyiriksə qardaş ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfərimiz bu baxımdan çox uğurlu oldu. Dövlət başçıları ilə ticarət və investisiyalardan əlavə Fələstin məsələsini də müzakirə etdik. Hər iki ölkə ilə əməkdaşlığımızı gücləndirmək qərarına gəldik. Oktyabrın 7-dən Qəzzadakı qardaşlarımıza humanitar yardım materialları göndəririk. Bu mövzuda həmişə Misir səlahiyyətliləri ilə koordinasiyalı hərəkət etmişik. Misirin dəstəyi ilə bölgəyə 34 min tondan çox humanitar yardım göndərdik. Ramazan ayı yaxınlaşır və İsrailin Qəzzada törətdiyi qətliamlar artır. Məqsədimiz ən qısa zamanda atəşkəsi təmin etmək və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasıdır. Ramazan ayında Qəzzaya daha çox yardım etmək bizim qardaşlıq borcumuzdur. İnşallah, bu yardımın çatdırılması mövzusunda Misirlə əməkdaşlıq edəcəyik. Qəzza xalqının öz torpaqlarından sürgün edilməsinə qarşı da Misirlə birlikdə hərəkət edəcəyik''.



Әlaqәli Xәbәrlәr