Səfir Ceff Fleyk Türkiyenin əvəzolunmaz müttəfiq olduğunu bildirib

ABŞ Ankaradakı səfiri Ceff Fleyk Türkiyenin əvəzolunmaz müttəfiq olduğunu bildirərək, baş verənlərin Ankaranın əhəmiyyətini təsdiqlədiyini bildirib.

2102751
Səfir Ceff Fleyk Türkiyenin əvəzolunmaz müttəfiq olduğunu bildirib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ankaradakı səfiri Ceff Fleyk Türkiyenin əvəzolunmaz müttəfiq olduğunu bildirərək, baş verənlərin Ankaranın əhəmiyyətini təsdiqlədiyini bildirib.

"Deseret News"da dərc olunan “Türkiye ilə güclü əlaqələr Amerikanın xeyrinədir” başlıqlı məqaləsində Fleyk Türkiye ilə ölkəsi arasındakı əlaqələrə dair kritik qiymətləndirmələr edib.

Asiya ilə Avropanı birləşdirən Türkiye və İstanbulun coğrafi mövqeyinin də fəlsəfi olaraq Şərq-Qərb fərqinə də istinad etdiyini qeyd edən Flake “Eyni şəkildə müharibənin şimalda Ukraynanı, cənubda Qəzzanı xaraba qoyduğu bir vaxtda Türkiye yenə mərkəzi mövqedədir" deyib.

Səfir Fleyk bəyan edib ki, ABŞ Konqresinin Türkiyeyə "F-16" qırıcılarının satışına razılıq verməsi tərəflər üçün çox mühüm və mənalıdır.

Türkiyenin NATO-da ikinci ən böyük ordusuna sahib olan "F-16" donanmasının Alyansın gücü baxımından kritik əhəmiyyət kəsb etdiyinə və gələcəkdə müttəfiqlər arasında qarşılıqlı əlaqəni təmin etdiyinə diqqət çəkən Fleyk ikitərəfli əlaqələrin bundan kənara çıxdığını ifadə edib.

Rusiya və Ukrayna arasında davam edən müharibəyə toxunan Fleyk müharibənin qlobal ərzaq təhlükəsizliyini təhlükə altında qoymasından sonra türk diplomatların təxminən 33 milyon ton taxılın 40-dan çox ölkəyə təhlükəsiz keçidini təmin edən Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı danışıqlar apardıqlarını, Qara dənizdəki güclərdən biri olan Türkiyenin taxıl və digər zəruri malların daşınmasında minaların təsirini minimuma endirdiyinə diqqət çəkib.

Səfir Fleyk Türkiyenin dünyanın bir çox yerində öz nüfuzundan, tarixi bağlarından və iqtisadi gücündən istifadə edəcəyinə ümid etdiklərini qeyd edərək, Ankaranın “rəqiblərimizlə bizim edə bilmədiyimiz yollarda və yerlərdə dialoq qurmaq qabiliyyətinə görə unikal olduğunu” vurğulayıb.

Türkiyenin Qəzzadakı münaqişənin həllində rol oynayacaq mövqedə olduğunu bildirən Fleyk Ankaranın da Vaşinqton kimi Fələstin dövlətinin qurulmasının daimi sülh üçün ən yaxşı yol olduğuna inandığını bildirib.

Amerika səfiri həmçinin, “Türkiye Sahara-altı Afrika və Orta Asiyada Çinə alternativ olduğunu sübut etdi” deyib.

2021-ci ilin sentyabrında “Türkiye əvəzolunmaz müttəfiqdir” dediyini xatırladan Fleyk indiyə qədər baş verənlərin Ankaranın əhəmiyyətini təsdiqlədiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr