Misirə səfər edən Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılandı

Misirə rəsmi səfər edən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən rəsmi mərasimlə qarşılanıb.

2102377

Mərasimdən sonra  iki ölkənin dövlət himnləri səsləndirilib.
Həmkarı Sisi ilə fəxri qarovul dəstəsininin qarşısından keçən Ərdoğan əsgərləri salamlayıb. Daha sonra ikitərəfli və nümayəndə heyətləri arası görüşlər başlayıb.
Görüşlərdə Türkiye ilə Misir arasındakı əlaqələrin inkişafına diqqət yetiriləcək.
Yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması çərçivəsində atılacaq addımların müzakirə ediləcəyi görüşdə ticarət, müdafiə, enerji və turizm kimi müxtəlif sahələrdəki imkanlar qiymətləndiriləcək.
Görüşdə İsrailin Fələstinə hücumları da müzakirə olunacaq.

Әlaqәli Xәbәrlәr