PKK/YPG-nin daha 5 üzvü zərərsizləşdirilib

Suriyanın şimalında "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyat  bölgələrində hücuma hazırlaşan separatçı terror təşkilatı PKK/YPG-nin 5 üzvü zərərsizləşdirilib.

2101546

Türkiye Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Terrorçuların hücum cəhdlərinə eyni şəkildə cavab verməyə davam edirik. Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyat bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirdik. Terroru mənbəyində məhv etməkdə əzmliyik, qərarlıyıq, qərarlıyıq...” ifadələri işlədilib.

Daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında etdiyi paylaşımda Diyarbakırın Lice rayonunda keçirilən "Qəhrəmanlar-50" əməliyyatı zamanı 1-i boz kateqoriyada axtarışda olan 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Әlaqәli Xәbәrlәr