Türkiye Somalidə törədilən terror aktını qınayıb

Türkiye Somalinin paytaxtı Moqadişuda ötən gün həyata keçirilən terror aktında həyatını itirənlə üçün başsağlığı verib.

2100794
Türkiye Somalidə törədilən terror aktını qınayıb

Türkiye Somalinin paytaxtı Moqadişuda ötən gün həyata keçirilən terror aktında həyatını itirənlər üçün başsağlığı verib.

Türkiye Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada "Somalinin təhlükəsizliyinə töhfə verən hərbçilərin həyatını itirməsindən dərin kədər hissi keçiririk. Somali, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn xalqlarına başsağlığı veririk" ifadəsi yer alıb.

Açıqlamada həmçinin, “Türkiye Somalinin təhlükəsizliyi, sabitliyi və rifahı üçün dəstəyini davam etdirəcək” deyilib.

Qeyd edək ki, Moqadişudakı Qordan hərbi bazasında vəzifə yerinə yetirən somalili əsgərlərdən biri ətrafdakılara atəş açıb, BƏƏ-nin yüksək rütbəli əsgərləri də daxil olmaqla çoxlu sayda insanın öldüyü və yaralandığı açıqlanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən Əl-Şəbab terror təşkilatı hücum edənin təşkilata bağlı kamikadze olduğunu iddia edib.



Әlaqәli Xәbәrlәr