Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri və Misirə rəsmi səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, fevralın 14-də isə Misirə rəsmi səfər edəcək.

2100777
Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri və Misirə rəsmi səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, fevralın 14-də isə Misirə rəsmi səfər edəcək.

Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında Ərdoğanın Dubayda keçiriləcək Dünya Hökumətlər Zirvə toplantısında fəxri qonaq qismində çıxış edəcəyi, bəzi ikitərəfli görüşlər keçirəcəyi, Qahirəyə səfəri zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və yüksək səviyyəli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımları müzarikə edəcəyi bildirilib. 

Görüşlər zamanı aktual qlobal və regional problemlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr