Türkiyə prezidenti ölkənin ilk kosmonavtı ilə danışdı

A.Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edən ölkə prezidenti deyib ...

2100575
Türkiyə prezidenti ölkənin ilk kosmonavtı ilə danışdı

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk insanlı kosmik elmi missiyasını tamamlayan və Beynəlxalq Kosmik Stansiyadan 18 gün sonra Yer kürəsinə enən Alper Gezeravcı ilə telefonda danışıb.

  A.Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edən ölkə prezidenti deyib: "İnşaallah, Ankaraya gəldiyiniz zaman təkbətək görüşəndə bütün bu prosesi bizə ətraflı danışsanız, çox şad olarıq. Bundan sonra çox mühüm vəzifələriniz olacaq".

  R.T.Ərdoğanın "Sağlığınızda problem varmı?" sualına Türkiyənin ilk kosmonavtı belə cavab verib: "Çox şükür, hər şey qaydasındadır, cənab prezident. Hətta bizi burada (ABŞ) qarşılayan həkimlərimiz də təəccübləndilər. Onlar mənim adaptasiya müddətimin daha uzun olacağını gözləyirdilər. Amma mən binadan kənarda qaçmağa başlayanda məəttəl qaldılar. Çox şükür, hər şey qaydasındadır.

  Türkiyə və gələcək nəsillərimizə belə bir ruhlandırıcı missiya bəxş etdiyiniz üçün sizə çox təşəkkür etmək istəyirəm. Siz ölkəmizi Beynəlxalq Kosmik Stansiyada 22-ci ölkə etdiniz. Qərarınıza və baxışınıza görə bir daha sizə minnətdaram".



Әlaqәli Xәbәrlәr