2024-cü il Dünya Hökumətləri Zirvə Toplantısı başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 13-də sammitdə "Davamlılıq və yeni qlobal transformasiyalar" mövzusunda çıxış edəcəyi gözlənilir

2100657
2024-cü il Dünya Hökumətləri Zirvə Toplantısı başlayır

 

  Türkiyənin fəxri qonaqlar arasında yer aldığı 2024-cü il Dünya Hökumətləri Zirvə Toplantısı fevralın 12-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində başlayacaq.

  Fevralın 12-14 tarixlərində “Gələcəyin hökumətlərinin formalaşdırılması” mövzusunda keçiriləcək 11-ci sammitdə dünyanın üzləşdiyi aktual problemlərin kölgəsində gələcək imkanlar və çağırışlar müzakirə olunacaq.

  Türkiyə, Qətər və Hindistanın fəxri qonaq olduğu zirvə toplantısında 25-dən çox dövlət və hökumət başçıları, o cümlədən çoxlu nazirlər, dövlət xadimləri və öz sahələri üzrə ekspertlər iştirak edəcək.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 13-də sammitdə "Davamlılıq və yeni qlobal transformasiyalar" mövzusunda çıxış edəcəyi gözlənilir.

  Fəxri qonaqlar cəmiyyətə xidmət edən strateji sektorlarda uğurlu təcrübəyə malik ölkələrlə tərəfdaşlığı gücləndirmək üçün seçilir.

  Sammitdə həmçinin “Effektiv hökumətlər üçün artım və inkişaf prosesinin gücləndirilməsi”, “Süni intellekt və gələcək sərhədlər”, “İnkişaf və gələcək iqtisadiyyatlar üçün yeni baxış”, “Təhsilin gələcəyi və sabahkı cəmiyyətlərin gözləntiləri”, “Davamlılıq və yeni qlobal transformasiyalar” və “Urbanizasiya və qlobal sağlamlıq prioritetləri" mövzuları danışılacaq.

  Qonaq ölkələrin uğurlu və qabaqcıl inkişaf təcrübələrini bölüşəcəkləri tədbirdə qlobal səviyyədə gələcək tendensiya və dəyişikliklər, o cümlədən regional və beynəlxalq səviyyədə əməkdaşlığın təkmilləşdirilməsi yolları müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr