Türkiye kəşfiyyatı terror hazırlığında olan PKK-YPG-li terrorçunu yaxalayıb

Terorçunun üzərində olan və bombalı hücumlarda istifadə edilən uzaqdan idarə olunan partlayıcı götürülüb.

2099978
Türkiye kəşfiyyatı terror hazırlığında olan PKK-YPG-li terrorçunu yaxalayıb

Türkiye Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) qüvvələrinə qarşı terrora hazırlaşan PKK/YPG-li terrorçu Ahmet Əl Hac Ömər Milli Kəşfiyyat Təşkilatının (MİT) kəşfiyyat dəstəyi ilə ələ keçirilib.

Terorçunun üzərində olan və bombalı hücumlarda istifadə edilən uzaqdan idarə olunan partlayıcı götürülüb.

Türkiye Silahlı Qüvvələrinin terrordan təmizlədiyi bölgələrdə Türkiye Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı terrora hazırlaşdığı aşkarlanan terrorçu, MİT tərəfindən verilən kəşfiyyat dəstəyi ilə Suriya Müvəqqəti Hökumətinə bağlı hərbi polis tərəfindən yaxalanıb.

Terrorçunun iqamətgahında aparılan axtarış zamanı sui-qəsd və bombalı hücumlarda istifadə olunmağa hazır olan və uzaqdan idarəolunun əl istehsalı partlayıcı ələ keçirilib.



Әlaqәli Xәbәrlәr