Türkiye ilə Qətər arasında protokol imzalanıb

Türkiye ilə Qətər arasında İqtisadiyyat və Ticarət Birgə Komissiyası (JETCO) Protokolu imzalanıb.

2099910
Türkiye ilə Qətər arasında protokol imzalanıb

Türkiye ilə Qətər arasında İqtisadiyyat və Ticarət Birgə Komissiyası (JETCO) Protokolu imzalanıb.

Türkiye-Qətər 1-ci Dövr JETCO Toplantısı dünən İstanbulda ticarət naziri Ömər Bolat, Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Hamed bin Kasım Al Sani və iki ölkə rəsmilərinin iştirakı ilə keçirilib.

İmzalanan protokolun bir çox fərqli sahələr üzrə konstruktiv müzakirələrin və razılaşmaların nəticəsi olduğunu bildirən Ö.Bolat deyib:

"Qətərin ölkəmizdə investisiya imkanlarını dəyərləndirdiyini görməkdən məmnunuq. Bir daha bildirmək istəyirəm ki, ölkəmizdə daha çox Qətər sərmayəsi görmək istəyirik".

Nazir Ö.Bolat çıxışında Qətərin Körfəz bölgəsində Türkiyenin ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu, hökumətlərin və siyasi liderlərin səyləri ilə ikitərəfli əlaqələrdə yeni bir sürət qazandığını, iki ölkənin strateji tərəfdaş olaraq əlaqələrini davam etdirdiklərini qeyd edib.

Nazir Türkiye-Qətər 1-ci Dövr JETCO Toplantısı münasibətilə ikitərəfli siyasi əlaqələrdə əldə edilən müsbət istiqamətin iqtisadi və ticari əlaqələrə də əks olunacağına inandıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr