Türkiyenin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda 44 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

2099554

Bu barədə Milli Müdafiə Nazirliyində keçirilən məlumatlandırma toplantısında bildirilib.
Məlumatda Türkiye Silahlı Qüvvələrinin (TSK) terrorla mübarizəsini qətiyyətlə davam etdirdiyi qeyd olunub. Bu çərçivədə başda PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ olmaqla bütün terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində son bir həftədə  44 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.
Bildirilib ki, yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 359-a çatıb. Onlardan 144-ü İraqın şimalında, 215-i isə Suriyanın şimalında zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr