MİT İraqda PKK-nın dırnaqarası başçılarından birini zərərsizləşdirib

Türkiye Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Qara bölgəsində PKK terror təşkilatının dırnaqarası başçılarından olan Yunus Demiri zərərsizləşdirib.

2099494

Terorçunun beynəlxalq axtarışda olduğu bildirilib. 

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, “Şivan Gever” kod adlı Yunus Demir 1995-ci ildən PKK terror təşkilatına qoşulub. 

"Pəncə-Kilid" əməliyyatı bölgəsindəki Türkiye Silahlı Qüvvələrinin (TSQ) birliklərinə hücum edəcək terror təşkilatına təlim keçməkdə aşkarlanan terrorçu Dəmirin İraqda Türkiye Təhlükəsizlik Qüvvələrinə qarşı hücumların planlaşdırılması və idarə olunmasından şəxsən məsul olduğu müəyyən edilib. 

MİT xüsusi təlim keçmiş agentlərinin bu sahədə uzunmüddətli fəaliyyəti nəticəsində İraqın Qara bölgəsində keçirdiyi nöqtə əməliyyatı ilə terrorçu Dəmiri və onu müşayiət edən terrorçuları zərərsizləşdirib.

Әlaqәli Xәbәrlәr