Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan ilin sonuna qədər zəlzələ bölgəsində 200 min evin təhvilini tamamlayacaqlarını və təcili ehtiyacların böyük qismini ödəyəcəklərini bildirib.

2099074

Prezident Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Şanlıurfa Şəhər bələdiyyə başçıları namizədlərinin təqdimat toplantısında çıxış edib.

Rəcəb Tayyib Ərdoğan dünən Kahramanmaraşda tikintisi başa çatan evlərin püşkatma mərasimlərini keçirdiklərini bildirib.

Daha əvvəl Hatay və Qaziantepdə də eyni mərasimləri keçirdiklərini xatırladan prezident deyib: "İlin sonuna qədər zəlzələ bölgəsində 200 min evin təhvil verilməsini başa çatdıracağıq və təcili ehtiyacların böyük qismini ödəyəcəyik''.

Ərdoğan Şanlıurfada zəlzələ zamanı mənzillərin püşkatması  mərasimindəki çıxışında 1314 evlə əlaqədar püşkatmanın keçirildiyini, 4 minə yaxın evin tikintisinin sürətlə davam etdiyini bildirib.

Әlaqәli Xәbәrlәr