"Əsrin fəlakətinə qarşı əsrin birliyi nümayiş etdirildi", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərinin birinci ildönümü ilə bağlı öz rəsmi sosial media hesabında paylaşım edib.

2098371
"Əsrin fəlakətinə qarşı əsrin birliyi nümayiş etdirildi", R.T.Ərdoğan

"Əsrin fəlakətinə qarşı əsrin birliyi nümayiş etdirildi".

Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərinin birinci ildönümü ilə bağlı öz rəsmi sosial media hesabında etdiyi paylaşımda bildirib.

"Bir il əvvəl yaşadığımız Kahramanmaraş mərkəzli zəlzələlərdə itirdiyimiz canların acısı ilk günkü kimi qəlbimizi yandırmağa davam edir. 53 min 537 nəfərin hər birinə Allahdan rəhmət diləyirəm. İtirdiyimiz həyatların yaxınlarına və millətimizə başsağlığı verirəm. Əsrin fəlakətində yaralanan 107 mindən çox vətəndaşımıza tezliklə şəfalar diləyirəm",- deyə dövlət başçısı paylaşımda qeyd edib.

Ərdoğan bundan əlavə paylaşımda onu da deyib ki, bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olan 11 vilayətdə yaşanan dağıntılar həqiqətən də böyük olub. Bu cür böyük fəlakətlər, böyük ağrılar həm də millətlərin birliyinin, həmrəyliyinin, qardaşlığının gücünün sınandığı dönüş nöqtələridir. Millətimiz bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı. Dövlətimiz bütün imkanları ilə dərhal hərəkətə keçərkən, Türkiye bir ürək, bir bilək oldu, əsrin birliyi, əsrin fəlakəti qarşısında nümayiş etdirildi.

Torpağa tapşırdığımız canlar fatihələrlə, dualarla, hüznlə yad edərkən, millətimizə verdiyimiz vədləri yerinə yetirmək üçün bütün gücümüzlə çalışırıq.

Biz bu səyləri şəhərlərimizi tikib canlandırana və evi dağıdılan və ya yararsız vəziyyətdə olan sonuncu vətəndaşı təhlükəsiz evə gətirənə qədər davam etdirəcəyik. Allah ölkəmizi, millətimizi bir daha belə fəlakətlərlə üzləşdirməsin, bizi belə sınaqlara məruz qoymasın”.



Әlaqәli Xәbәrlәr