Hakan Fidan laoslu nazir ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Laos Baş nazirinin müavini və xarici işlər naziri Saleumxay Kommasit ilə görüşüb.

2098012
Hakan Fidan laoslu nazir ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Laos Baş nazirinin müavini və xarici işlər naziri Saleumxay Kommasit ilə görüşüb.

Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında edilən paylaşımda Fidanın paytaxt Ankarada olan Kommasiti Xarici İşlər Nazirliyinin Avropa İttifaqı (Aİ) İdarəsində qonaq etdiyi bildirilib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüş zamanı “Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumu” imzalanıb.

Fidan və Kommasit həmçinin ikitərəfli münasibətləri müzakirə edib, aktual beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Laos Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) növbəti sədri olduğu üçün iki nazirin görüşündə Türkiye ilə ASEAN arasında əməkdaşlıq məsələləri də gündəmə gətirilib.



Әlaqәli Xәbәrlәr