Bu gecə Merac gecəsidir

Məhəmməd peyğəmbərin Allahın hüzuruna yüksəldiyi gecə olaraq qəbul edilən Merac Kandili bu gün qeyd olunacaq.

2098433
Bu gecə Merac gecəsidir

Məhəmməd peyğəmbərin Allahın hüzuruna yüksəldiyi gecə olaraq qəbul edilən Merac gecəsi bu gün qeyd olunacaq.

Merac gecəsi yanvarın 12-də başlayan “üç ay”ın birincisi olan Rəcəb ayının 27-ci gecəsinə təsadüf edir. İslam inancına görə, hicri 621-ci ilin Rəcəb ayının 27-si gecəsi Allahın dəvəti ilə Məhəmməd peyğəmbər Məscidül-Həramdan (indiki Səudiyyə Ərəbistanı, Məkkədə yerləşir) Məscidül-Əqsaya, (Qüdsdə yerləşir) oradan səmaya, ali aləmlərə və ilahi hüzura yüksəldi.

“İsra və Merac möcüzəsi” kimi tanınan bu hadisə Qurani-Kərimin İsra və Nəcm surələrində ifadə olunub. “İsra hadisəsi” Məhəmməd peyğəmbərin bir gecədə Məkkədən Qüdsə getməsinə, “Mirac hadisəsi” isə onun səmalardan o tərəfə səyahətinə aiddir.

İslami mənbələrə görə, Məkkədən Mədinəyə hicrətdən bir il əvvəl baş vermiş “İsra və Merac” hadisəsi Allahın Məkkədə Məhəmməd peyğəmbərin məruz qaldığı əziyyətlərə qarşı təsəllisi kimi qəbul edilir.

Bu gecə Allah Məhəmməd peyğəmbərə, insanın yaşamaq hüququnu, şərəf və ləyaqətini qorumaq, cəmiyyətin əmin-amanlığını və təhlükəsizliyini təmin etmək məqsədi daşıyan əxlaq və fəzilət prinsipləri barədə məlumat verdi ki, bu da “İsra” surəsində yer alır.



Әlaqәli Xәbәrlәr