"6 Fevral tarixini milli həmrəyliyimizi gücləndirən bir tarix kimi xatırlayacağıq", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda evlərin püşkatma mərasimində çıxış edib.

2098507
"6 Fevral tarixini milli həmrəyliyimizi gücləndirən bir tarix kimi xatırlayacağıq", R.T.Ərdoğan

"6 Fevral tarixində zəlzələ itkilərini xatırlamaqla yanaşı, milli həmrəyliyimizi gücləndirdiyimiz bir tarix kimi xatırlayacağıq".

Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda evlərin püşkatma mərasimində deyib. 

Ərdoğan mərkəzi Kahramanmaraşda olan 6 fevral zəlzələlərinin bəşər tarixinin ən sarsıdıcı fəlakətlərindən biri kimi qeydə alındığını vurğulayıb:

“Xalqları millət edən xüsusiyyətlərdən biri də sevincləri bölüşərək çoxalması, çətinliklər qarşısında birləşərək ağrıları paylaşaraq dözümlü olmasıdır. Allaha şükürlər olsun ki, 6 fevral zəlzələlərində xalqımız bu sınaqdan uğurla çıxdı. Biz əsrin həmrəyliyi ilə əsrin fəlakətindən çıxa bildik. Təxminən 14 milyon insanı təsir edən və 11 şəhərin 124 rayonunda 7 min məhəllə və kənddə ağır dağıntılara səbəb olan belə bir fəlakət qarşısında bizim qədər güclü dayana biləcək çox az ölkə və cəmiyyət var”.

Dünyanın ən inkişaf etmiş ölkələrinin belə illərdir bənzər fəlakətlər qarşısında çarəsiz qaldığını vurğulayan Ərdoğan deyib:

“Zəlzələnin birinci ildönümündə dağıntıların təmizləndiyi, şəhərlərin yenidən qurulmasında əhəmiyyətli irəliləyişlərin əldə edildiyi, insanların yenidən həyata möhkəm bağlandığı uğurlarımız oldu”.

Ərdoğan zəlzələ bölgələrində tikintisi başa çatan evlərin püşkatma və açar təhvilinin davam etdiyini bildirib:

“Məqsədimiz ilin sonuna kimi 200 min yaşayış və kənd evini qanuni sahiblərinə təhvil verməkdir. Sonra bu rəqəmi sürətlə 390 minə çatdıracağıq”.



Әlaqәli Xәbәrlәr