“Amerika atəşlə oynayır”, H.Fidan

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ ilə İran arasında nəzarət altında olan münaqişə ilə bağlı "Vəziyyət yaxşı deyil. Daha çox yayılma ilə üzləşə bilərik" deyib

2097539
“Amerika atəşlə oynayır”, H.Fidan

 

  Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ ilə İran arasında nəzarət altında olan münaqişə ilə bağlı "Vəziyyət yaxşı deyil. Daha çox yayılma ilə üzləşə bilərik" deyib.

  Qatıldığı televiziya proqramında gündəmi dəyərləndirən nazir ABŞ-ın İranın dəstəklədiyi qruplaşmalara hücumları ilə bağlı bunları söyləyib: “ABŞ atəşlə oynayır. Odla oynayanda o od hər an alova çevrilə və nəzarətdən çıxa bilər. Qarşıya çıxacaq risk və nəzarətsizlik məsələsi təhlükə yaradacaq.

  Türkiyə regional tərəfdaşları və ABŞ ilə tez-tez danışıqlar aparır. Regional yayılmadan qaçmaq lazımdır. Vəziyyət yaxşı deyil. Daha böyük yayılma ilə qarşılaşa bilərik".

  Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 4-ü gecəsi Suriya və İraqda İran İnqilabı Keşikçiləri Ordusunun Qüds qüvvələri və ona bağlı milis qruplarına aid ən azı 85 hədəf hava hücumları ilə vurulub, Yəmənin 13 bölgəsində 36 nöqtə hücuma məruz qalıb.  



Әlaqәli Xәbәrlәr