Türkiye Mərkəzi Bankının yeni sədri Fatih Karahan oldu

Bununla bağlı Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərəncam imzalayıb.

2096908
Türkiye Mərkəzi Bankının yeni sədri Fatih Karahan oldu

Türkiye Mərkəzi Bankının yeni sədri məlum olub.

Məlumata əsasən, Fatih Karahan Türkiye Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilib. Bununla bağlı Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərəncam imzalayıb.

1982-ci ildə anadan olan Fatih Karahan 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib, 2012-ci ildə isə Pensilvaniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. 

Xatırladaq ki, Fatih Karahan 28 iyul 2023-cü ildə Türkiyə Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Türkiye Mərkəzi Bankının sədri Hafizə Qaye Erkan dünən istefa verib.



Әlaqәli Xәbәrlәr