“2024-cü ildə yerli peykimizi kosmosa çıxarmaqla gücümüzü daha da artıracağıq”, Ə.Uraloğlu

İstanbulda Ukraynanın Yenidənqurulması Forumunda çıxışında Türkiyənin kosmos araşdırmalarına toxunan Türkiyə naziri deyib ...

2096052
“2024-cü ildə yerli peykimizi kosmosa çıxarmaqla gücümüzü daha da artıracağıq”, Ə.Uraloğlu

 

  Türkiyə nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu “Biz 2024-cü ildə Amerikaya öz milli və yerli peykimizi göndərməklə və iyun ayında kosmosa çıxarmaqla orada gücümüzü artıracağıq” dedi.

  Nazir İstanbulda Ukrayna baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Aleksandr Kubrakov və ticarət naziri Ömər Bolatın iştirakı ilə keçirilən Ukraynanın Yenidənqurulması Forumunda çıxışında Türkiyənin kosmos araşdırmalarına toxunub: "Kosmosda peyklərimiz var. 2024-cü ildə Amerikaya öz milli və yerli peykimizi göndərib, iyun ayında kosmosa göndərərək orada gücümüzü artıracağıq".



Әlaqәli Xәbәrlәr