“Türkiyə-BƏƏ əlaqələri əla səviyyədədir”, N.Kurtulmuş

Rəsmi səfərdə olduğu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə gedən N.Kurtulmuş BƏƏ Federal Şurasının sədri Saqr Qobaş ilə görüşüb

2095281
“Türkiyə-BƏƏ əlaqələri əla səviyyədədir”, N.Kurtulmuş

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı çıxarılan müvəqqəti qərarın bir başlanğıc olacağına və bundan sonra insanlığa qarşı törədilən böyük cinayətlərin cavabsız qalmayacaqlarına ümid etdiklərini bildirib.

  Rəsmi səfərdə olduğu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə gedən N.Kurtulmuş BƏƏ Federal Şurasının sədri Saqr Qobaş ilə görüşüb.

  Xobaşın İstanbulda Fələstin mitinqinə qatıldığını və bundan məmnun olduqlarını bildirən TBMM-nin sədri Fələstində təcili atəşkəs əldə edildikdən sonra bölgə və müsəlman ölkələri olaraq Fələstin xalqının vəziyyətinin yaxşılaşdırılması üçün səy göstərəcəklərini bildirib: “Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı verilən ara qərarın Fələstin davasının gələcəyi üçün tarixi bir dönüş nöqtəsi olduğuna inanırıq. Sözügedən ara qərarın bir başlanğıc olacağına ümid edirik və bəşəriyyətə, qadınlara və uşaqlara qarşı cinayətlərin bundan sonra cəzasız qalmayacağına inanırıq.

  Hər iki tərəf üçün də məqbul ədalətli sülh əldə olunmazsa və Fələstin xalqının hüquqları qorunmazsa, müharibə xüsusilə bölgədə yayılma potensialına malikdir”.

  Türkiyə-BƏƏ əlaqələrinin əla səviyyədə olduğunu və bu ölkələri daha da irəli aparmağın ortaq vəzifə olduğunu söyləyən Numan Kurtulmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin fevral ayında BƏƏ-yə səfər edəcəyini və bu səfərin ikitərəfli əlaqələri daha da gücləndirəcəyini bildirib.

  N.Kurtulmuş BƏƏ Federal Şurasının sədri Qobaş və parlament nümayəndə heyətini Türkiyəyə dəvət edib.



Әlaqәli Xәbәrlәr