Numan Kurtulmuş Bəhreyndə səfərdədir

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bəhreyndə Kral Həməd Bin İsa Əl Xəlifə ilə görüşüb.

2094868
Numan Kurtulmuş Bəhreyndə səfərdədir

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bəhreyndə Kral Həməd Bin İsa Əl Xəlifə ilə görüşüb.

Türkiyə Böyük Millət Məclisindən verilən yazılı açıqlamaya görə, N.Kurtulmuş Kral sarayında Əl Xəlifə ilə görüşündə dost və qardaş ölkə Bəhreyndə olmaqdan məmnunluğunu ifadə edib.

Bəhreyn Nümayəndələr Palatası və Şura Şurasının sədrləri və üzvləri ilə səmərəli görüşlər keçirdiklərini bildirən N.Kurtulmuş Türkiye ilə Bəhreyn arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha yüksək səviyyələrə çatacağına inandığını bildirib.

Bəhreyn Kralı Əl Xəlifə isə Türkiye Böyük Millət Məclisinin sədri N.Kurtulmuşun səfərindən məmnunluğunu ifadə edərək, parlamentlərin səyləri ilə iki ölkə arasında əlaqələrin hər sahədə irəliləyəcəyinə inandığını qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bəhreynə səfərindən sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə gedib.

Kurtulmuş Əbu-Dabidə BƏƏ-nin Hərbi Elektronika Sənayesi (ASELSAN) ofisinin açılış mərasimində iştirak edəcək və BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş və ölkə Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr