Daxili işlər naziri Əli Yerlikaya terrorla mübarizə barədə məlumat verib

Daxili işlər naziri Əli Yerlikaya ötən il separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 923 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

2094977
Daxili işlər naziri Əli Yerlikaya terrorla mübarizə barədə məlumat verib

Daxili işlər naziri Əli Yerlikaya ötən il separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 923 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazir Yerlikaya sosial media hesabından etdiyi paylaşımda 2023-cü ildə bütün terror təşkilatlarına qarşı əməliyyatların təşkil edildiyini və təşkil olunmağa davam etdiyini bildirib.

Ölkənin birliyini və həmrəyliyini təhdid edən xainlərə əsla icazə verməyəcəklərini vurğulayan nazir Yerlikaya "Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin qətiyyət və əzmlə davam edəcək" deyib.

“Ölkəmizin əmin-amanlığını pozmağa cəhd edənlərə, terrorçulara və onlara dəstək olanlara, milli və ya beynəlxalq cinayət qruplarına, birliyimizi və həmrəyliyimizi hədəf götürənlərə heç vaxt göz yummayacağıq”, -deyə daxili işlər naziri qeyd edib. 

Nazir Yerlikayanın açıqlamasına görə, 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək separatçı terror təşkilatına qarşı 3 min 911 şəhər və 19 min 682 çöl bölgəsində əməliyyatlar aparılıb və bu əməliyyatlarda 923 terrorçu zərərsizləşdirilib.

Fətullahçı Terror Təşkilatına qarşı 6 min 775 əməliyyat keçirilib, 9 min 639 şübhəli saxlanılıb, onlardan 1689-u həbs edilib.

DEAŞ-a qarşı 1500 əməliyyat keçirilib, 2800 şübhəli saxlanılıb, onlardan 738-i həbs edilib.

Zərərsizləşdirilən terrorçulardan 64-ü sözdə yüksək səviyyəli, o cümlədən 8-i qırmızı, biri mavi, 2-si yaşıl, 16-sı narıncı, 37-si isə boz kateqoriyadan olub.



Әlaqәli Xәbәrlәr