“Uzun müddətdir parlament səviyyəsində belə səfər olmamışdı”, N.Kurtulmuş

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və onu müşayiət edən parlament nümayəndə heyəti rəsmi görüşlər üçün Bəhreynə gedib

2094333
“Uzun müddətdir parlament səviyyəsində belə səfər olmamışdı”, N.Kurtulmuş

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və onu müşayiət edən parlament nümayəndə heyəti rəsmi görüşlər üçün Bəhreynə gedib.

  TBMM-dən verilən məlumata görə, N.Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini paytaxt Manama hava limanında Bəhreyn Nümayəndələr Palatasının sədri Əhməd əl-Musalam, Nümayəndələr Palatası sədrinin birinci müavini Əbdülnabi Salman Əhməd, Nümayəndələr Palatası sədrinin ikinci müavini Əhməd Əbdülvahid Qarata və Türkiyənin Bəhreyn səfiri Esin Çakıl qarşılayıb.

  TBMM sədri Kurtulmuş açıqlamasında səfərlərin faydalı olacağını bildirərək deyib: “Türkiyə ilə Bəhreyn xalqları qardaşdır. Bizim yaxşı münasibətlərimiz var. Parlamentlər olaraq bu əlaqələri daha da irəli aparmağa çalışacağıq. Uzun müddətdir ki, parlament səviyyəsində səfər olmayıb. Bu səbəbdən bu səfərə xüsusi əhəmiyyət veririk".

 



Әlaqәli Xәbәrlәr